"Kopenhagen" Maksimdən UEFA-ya şikayət edib

17.08.2017 | 4571 dəfə oxunub

Danimarkanın "Kopenhagen" klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

Stadium.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində sözügedən futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə "Kopenhagen"in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməli idi.

Elə bu üzdən də Danimarka təmsilçisi oyundan sonra UEFA-ya şikayət edib. "Kopenhagen" Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşünü buraxmasına nail olmaq istəyir. Klubun katibi Daniel Rommedal sözügedən məsələ ilə bağlı bunları söyləyib:

"Müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".

Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail