"Qarabağ"ın "Kopenhagen" səfəri məlum olub

17.08.2017 | 4451 dəfə oxunub

Avqustun 23-də Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçı çərçivəsində “Kopenhagen”in qonağı olacaq “Qarabağ”ın Danimarkaya səfər proqramı müəyyənləşib.

Stadium.Az xəbər verir ki, bu barədə “Report”a Ağdam təmsilçisinin icraçı direktoru Əmrah Çelikəl məlumat verib.

O bildirib ki, Qurban Qurbanovun rəhbəlrik etdiyi kollektiv Kopenhagenə matçın baş tutacağı tarixdən iki gün əvvəl – avqustun 21-də çarter reysi ilə yola düşəcək. Menecer Asif Əsgərov isə təşkilatı məsələləri həll etmək üçün komandadan bir gün qabaq Danimarka paytaxtına gedəcək. 

"Kopenhagen" klubu "Qarabağ"ı stadionda dəstəkləmək istəyənlərə müraciət edərək, bilet almaq üçün Azərbaycan klubu ilə əlaqə saxlamalarını tövsiyə edib. Ə.Çelikəl bu məsələdə azarkeşlərə kömək etməyə hazır olduqlarını bildirib: "Avropa ölkələrində yaşayan çoxlu sayda azarkeş bizi dəstəkləmək istəyir. Lakin qonaq komanda olduğumuzdan, bilet satışı ilə məşğul deyilik. Onlara bilet almaqda vasitəçi ola bilərik”.

Qeyd edək ki, “Qarabağ” evdə rəqibini 1:0 hesabı ilə məğlub edib. Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail