Rafael Əmirbəyovun vida oyunu oldu - VİDEO

08.12.2011 | 11269 dəfə oxunub

Möhtəşəm vida oyunu ilə futbola əlvida deyən Böyük Kapitan Rafael Əmirbəyov yeni missiya ilə futbol həyatını sürdürməkdə davam etdirir.Stadium.az "Bakı" klubunun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu karyerasını tamamlayan Rafael qarşıdan gələn məsuliyyətli illərdə gənc və uşaqlara futbolun sirlərini öyrədəcək, yeni futbolçu nəslinin yetişdirilməsində biləvasitə iştirak edəcək, bilik və bacarığını onlarla bölüşəcək.

Artıq Rafael Əmirbəyov "Bakı" futbol klubunda məşqçi kimi fəaliyyətə başlayib. Ona bu işində də eyni nəticələr və daha böyük uğurlar arzulayırıq.

"Böyük kapitan"ın vida oyununa onun dostları, uzun illər birlikdə oynadığı futbolçular, "Bakı" futbol klubunun kollektivi, komandamızın üzvləri və çox sayda qonaqlar iştitrak edirdilər. İmkandan istifadə edib, onların vida oyunu və Rafael Əmirbəyov barədə fikirlərini öyrənirik.


rn

rnrnUzun illər "Dinamo", ardından isə onun sələfi "Bakı"nın idman şərəfini qoruyan Rafael Əmirbəyov futbolçu karyerasını rəsmən başa vurdu. 35 yaşlı müdafiəçi ikiqat Azərbaycan çempionu, Azərbaycan Kubokunun ikiqat sahibi, "Bakı"nın heyətində ən çox oyun keçirən oyunçudur. rnrnRafael Əmirbəyov 1998-2011-ci illər ərzində (qısa fasilələrlə) 135 oyun keçirib. rnrnBöyük kapitan 2005 və 2010-cu illərdə "Bakı" ilə çempionluq zirvəsinə ucalıb, 2006 və 2009-cu illərdə Azərbaycan Kubokunu başı üzrəinə qaldırıb. rnrnRafael "Bakı"nın 2 çempionluq və 2 ölkə kuboku titullarının qazanılmasında müstəsna xidmətləri olan futbolçu kimi klub tarixinə düşüb.rnrnBöyük kapitan 18 dəfə Azərbaycan milli komandasının formasını geyib.rnrnRafael Əmirbəyovun vida oyunu dekabr ayının 7-də klubun təlim-məşq düşərgəsinin stadionunda keçirildi. Saat 16-da başlanan və şou elementləri ilə zəngin tədbir Rafael Əmirbəyovla birgə "Bakı" və Azərbaycan milli komandasının heyətində top qovan futbolçuların yoldaşlıq oyunu ilə yekunlaşdı. Hərəyə 3 qol vuran rəqiblər meydandan sülhlə ayrıldılar.rnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail