Qurban Qurbanov: "Karyeramızda ən böyük uğurdur"

24.08.2017 | 5225 dəfə oxunub

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Kopenhagen"ə 2:1 hesabıyla məğlub olsa da, qrup mərhələsinə düşə bildi. Stadium.Az xəbər verir ki, Qurbanov oyundan sonra "İdman Azərbaycan"a açıqlamasında bunları deyib:

"Təkcə biz yox, bütün Azərbaycan xalqı bu qələbəni istəyirdi. Bu uğur futbolumuzun inkişafı üçün böyük təkan olacaq. Heç vaxt belə məğlubiyyətə görə sevinməmişdim. Yadımda düşmür. Karyeramızda ən böyük uğurdur.

Komandaya ilk tapşırığımız qol buraxmamaq idi. Rəqib ilk dəqiqələrdən pressinq edirdi və bunun qarşısını alıb əks hücum etmək istəyirdik. Rəqib öz meydanında oynaması da olara əlavə üstünlük verirdi. Sadəcə ikinci hissədə futbolçular daha soyuqqanlı oynadı. Onlar buna inandılar və bacardılar. 

Komandaya yeni oyunçuların alınması barədə planlarımız var. Danışıq apardığımız futbolçular var. Çalışacağıq ən azı 2 futbolçu alaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail