Ramin Musayev: "Bunu hamımız qazanmışıq"

24.08.2017 | 3711 dəfə oxunub

"Bütün futbolsevərləri, Azərbaycan xalqını təbrik edirəm. “Qarabağ” tarixi bir uğura imza atdı. Sevindirici haldır ki, 23 avqust bizim üçün ağır bir gün sayılırdı. Amma bu dəfə unudulmaz oldu”.

Stadium.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb. Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılamağa gələn Musayev sevincini jurnalistlərlə bölüb: “Bu uğur tək “Qarabağ”ın deyil. Qələbədə hər bir futbolsevərin, jurnalistin də əməyi var. Bunu hamımız qazanmışıq. Növbəti ildən Çempionlar Liqasında reqlament dəyişəcək. Tam başqa formatda keçiriləcək. Yəqin ki, həmin vaxtda da uğura nail olarıq. Ancaq ona vaxt, daha böyük büdcə lazımdı”.

O, bu gün keçiriləcək püşkatmada Ağdam klubuna hansı rəqibin düşəcəyinin fərq etməyəcəyini də deyib: “Bakıya hansı komandanın gələcəyi fərq etməyəcək. Artıq kimdənsə qorxmuruq. Əsas odu ki, artıq bu günü də yaşadıq. Bu, böyük bir sevincdi”.

“Qarabağ” pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail