Di Mariya "Barselona"ya keçir

24.08.2017 | 5005 dəfə oxunub

"Barselona"nın Anxel Di Mariya sevgisi bitmir. Stadium.Az xəbər verir ki, 2 gün öncə Fransa mətbuatında argentinalı futbolçu üçün PSJ-nin "Barselona"ya rədd cavabı verdiyi yazılsa da, İspaniya mətbuatı bu gün bunun əksin iddia edib.

"Sport" nəşri "Barselona"nın Di Mariya transferində sona yaxınlaşdığını yazıb. Koutinyonu "Liverpul"dan, Dembeleni də Dortmund "Borussiya"sından ala bilməyən katalonlar argentinalının transferində sona yaxınlaşıb.

PSJ 50 milyon avro qarşılığında 29 yaşlı yarımmüdafiəçini "Barselona"ya satmağa razılıq verdiyi bildirilir.

Di Mariya "Real"dan "Mançester Yunayted"ə 75, ordan Paris klubuna isə 63 milyon avroya transfer olunmuşdu.

Mbapeni "Monako"dan 150 milyon avroya almaqda qarşı tərəflə razılıq əldə edən PSJ UEFA-nın maliyyə qaydalarını pozmamaq üçün mütləq futbolçu satmalıdır. Bu səbəbdən də onların Di Mariyanı satmağa razı olduğu bildirilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail