"Roma"nın baş məşqçisi: "Qrupda "Qarabağ" zəif hesab edilə bilər"

25.08.2017 | 3967 dəfə oxunub

"Çətin qrupa düşdük. Amma üçüncü səbətdə yer aldığımızdan, qarşımıza böyük komandaların çıxacağını bilirdik". Stadium.Az xəbər verir ki, bu sözləri "Roma"nın baş məşqçisi Eusebio di Françesko deyib.

İtaliya təmsilçisi Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Çelsi", "Atletiko" və "Qarabağ"la birlikdə C qrupunda mübarizə aparacaq.

Klubun saytına açıqlama verən 48 yaşlı məşqçi püşkü dəyərləndirib: "Çelsi"nin əla baş məşqçisi var. Mən onu çox yaxşı tanıyıram. Rəqib güclü heyəti var. Alvaro Moratanın keçidindən sonra "Çelsi"nin keyfiyyəti bir qədər də artıb. "Atletiko" son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib. Bu, Madrid klubunun ÇL-də oynamaq bacarığının olduğunu göstərir. Baş məşqçiləri də güclüdü".

Di Françesko "Qarabağ" haqda da fikirlərini bildirib. O, Azərbaycan çempionu ilə oyunlara da ciddi yanaşacaqlarını vurğulayıb: "Qrupda "Qarabağ" zəif hesab edilə bilər. Amma bu cür oyunlarda rəqibi qiymətləndirməmək olmaz. Qrupdakı bütün komandalara hörmətlə yanaşırıq. Bütün görüşlərdə əlimizdən gələni edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail