Prezidentin "Qarabağ"la görüşündən VİDEO

25.08.2017 | 2022 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin "Sabah" qəzetinə açıqlama verib.

Stadium.Az xəbər verir ki, o, Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasını qrup mərhələsində mübarizə aparacaq Ağdam klubunun uğurunun səbəbindən və digər məsələlər barədə danışıb.

T.Gözəl bugünkü səviyyəyə gəlmələrinin əsas səbəbinin səbr və sabitliyin olduğunu bildirib: "Qarabağ"la yanaşı, digər Azərbaycan klubları və ölkənin milli komandası son illərdə iştirak etdiyi turnirlərdə rəqiblərinə çətin anlar yaşadıb. Təbii ki bu nəticələrin davamlı olması bizim üçün çox önəmlidir. Lazım olan bütün işləri AFFA ilə iş birliyi nəticəsində görürük".

O, Qurban Qurbanovun "Qarabağ"a gəlişi ilə klubda yeni dönəm başladığını söyləyib: "2001-ci ildən "Qarabağ"ın rəhbərliyində çalışıram. İlk olaraq Türkiyədən Hamdi Serpil Tüzünlü ilə işləməyə başladıq. 2009-cu ilə qədər bizimlə birgə işləyən dəyərli məşqçimizin yetişdirdiyi futbolçular  Azərbaycan klubları və milli komandalarda uğurlu çıxış etdilər. Baş məşqçimiz Qurban Qurbanovun 2008-ci ildə "Qarabağ"a gəlişi ilə klubda yeni bir dönəm başladı. Dalbadal 3 il Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq. Builki hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək idi və bunu da bacardıq. Heyətimiz daha yaxşını da edə biləcək birlik, bərabərlik və motivasiyaya sahibdir".

T.Gözəl Q.Qurbanovun Pep Qvardiolanın heyranı olduğunu söyləyib: "O, 2002-ci ilin əvvəlində "Barselona"nı ziyarət edərək Qvardiolanın yanında təcrübə keçib. Qurban Qurbanovun bu marağı səbəbindən Azərbaycan mediasında komanda "Qafqazın Barselona"sı ləqəbini alıb"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ