Samir Abbasov: "Böyük problem görmürəm"

26.08.2017 | 4199 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqanın üçüncü turunda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Pis oynamırdıq. Birinci hissədə oyuna nəzarət bizim tərəfimizdə idi. Düşünürdük ki, ikinci hissədə daha yaxşı çıxış edəcəyik. Əfsuslar olsun ki, buraxdığımız qoldan sonra rəqib bizi əks-hücumda yaxaladı. Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm. Böyük problem görmürəm. Düşünürəm ki, oyunumuzu zamanla tapacağıq. Çünki yaxşı komandamız var.

- Bugünkü oyunda qapıçı dəyişikliyi nə ilə bağlı idi?

- Mehdi Cənnətova da şans vermək lazımdır. Çünki sabah Fərhad Əliyev zədə ala bilər. Bugünkü yenilgiyə görə qapıçını günahlandırmaq olmaz. Komandamız oyununu tapa bilmirik. Bunu oyunçuların keyfiyyəti ilə əlaqələndirməzdim.

- Əsasnaməyə görə, protokola 23 futbolçunun adını daxil edə bilərsiniz. Amma siz yenə də matçın iştirak ərizəsində 18 nəfəri qeyd edirsiniz...

- Olan futbolçumuz budur. Əvəzedicidən oyunçuları gətirib yalandan ehtiyatda oturmağın mənası yoxdur. Futbolçu baxımından problem çəkmirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail