Miçel: "Atletiko”nu yendiyimiz oyuna qədər uğursuz seriyamız var idi" - MÜSAHİBƏ

27.08.2017 | 4697 dəfə oxunub

“Qəbələ” ilə oyunda komandasının qələbə topunu vuran “Qarabağ”ın yarımmüdafiəçisi Miçel oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- 90 dəqiqə haqda nələri qeyd etmək istərdiniz?

- Aydın məsələdir ki, çətin oyun oldu. “Kopenhagen”lə matçdan sonra fiziki göstəriciləri yüksək olan komandaya qarşı mübarizə apardıq. Komandamız özünü yaxşı tərəfdən göstərdi.

- Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinizi necə qiymətləndirirsiniz?

- Çətin qrupda yer almışıq. “Atletiko” son ildə Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəliləyən, finalda yer alan komandalardandı. Səfərdəki oyunlar çox çətin keçəcək. Amma öz meydanımızdakı oyunlarda azarkeşlərin dəstəyi ilə nəsə edəcəyimizə ümidim var.

- “Xetafe”də çıxış edərkən “Atletiko”ya qol vurmusunuz, bir oyunda isə 0:7 hesabı ilə yenilmisiniz. Həmin oyunları necə xatırlayırsınız?

- “Atletiko”nu yendiyimiz oyuna qədər uğursuz seriyamız var idi. Amma həmin qələbədən sonra uğurlu çıxışımız başladı. Məğlubiyyətə gəldikdə, həmin matçın 20-ci dəqiqəsindən bir nəfər azlıqda oyunamalı olduq. Rəqibin heyətində Vilya, Arda Turan kimi güclü futbolçular yer almışdı və həmin mövsüm onlar Çempionlar Liqasının finalında oynadılar və kuboku son saniyələrdə buraxdıqları qol sayəsində əldən verdilər. Bir nəfər azlıqda bu cür komandaya qarşı oynamaq və bu cür uduzmaq hardasa gözlənilən idi.

- Ölkə başçısı ilə görüş siz hansı təəssürat yaradıb?

- İlk dəfə idi dövlət başçısı ilə görüşürdük. Xoş təəssüratla ayrıldıq. Oyunlarımızı izlədiyi, hər kəs haqda məlumatlı olduğu qənaətinə gəldik. Bizə dedi ki, mübarizə aparmaq lazımdı. Ruhdan düşmək olmaz. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail