"Neftçi" "Çelsi"nin eks baş məşqçisini gətirir?

28.08.2017 | 6307 dəfə oxunub

“Çelsi”nin sabiq baş məşqçisi Avram Qrant Bakıdadır. Onun baş məşqçi axtarışında olan “Neftçi” ilə danışıq aparmaq üçün paytaxtımıza gəldiyi də iddia olunur.

Ancaq klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli açıqlamasında israilli mütəxəssislə danışıq aparılmadığını bildirib:

“Qrantın “Qarabağ”ın futbolçusu Kuba ilə şəklini Feysbukda görmüşəm. Ancaq onun Bakıya səfərinin  “Neftçi” ilə bağlılığı yoxdur”.

Klur rəsmisi yaxın günlərdə yeni baş məşqçi məsələsinin dəqiqləşəcəyini deyib. O, komandaya müvəqqəti rəhbərlik edən Elşad Əhmədovun da baş məşqçi təyin ediləcəyini istisna etməyib:

“Böyük ehtimalla yeni baş məşqçi yerli mütəxəssis olacaq. Hələ ki, komandaya Elşad müəllim rəhbərlik edir. “Kəpəz”lə oyundan sonra rəhbərlik onun işindən razı qaldı. Yaxın günlərdə, məşqçi təyinatı ilə bağlı rəsmi məlumat verəcəyik”. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail