Prosineçkinin təhqiramiz "hesabatı"

04.09.2017 | 8349 dəfə oxunub

6 sentyabr, 2017-ci il. AFFA-nın binasında Məşqçilər Komitəsi üçün ayrılan otaq....

Ağasəlim Mircavadov əsəbi şəkildə otaqda var-gəl edə-edə saatına baxıb uca səslə dilləndi:

- Vaqif, bu, "uje" hörmətsizlik eləyir a... Yarımsaatdı onu gözləyirik. Nəvələrim bağda məni gözləyirlər. Onlara samovar çayı hazırlamalıyam. Zəng elə İslama (Milli Komandalar Departamentinin rəhbəri İslam Abbasovu nəzərdə tutur), gəlirsə gəlsin, gəlmirsə gedirəm bağa.

Bu himə bənd imiş kimi Böyükağa Hacıyev ürəyini "boşaldır":

- Vaqif, kişi düz deyir də. Prosineçkidi-mrosineçkidi, özünü nə sayır? Onun yaşı qədər menim "staj"ım var. Mən Naxçıvanda "Araz"ın kapitanı olanda Robert ibtidai sinifdə əlifbanı öyrənirdi.

Vaqif Sadıqovun təkləndiyini görən Şakir Qəribov dərhal araya girir:

-Yoldaşlar, belə olmaz. Sakit olun. Vaqif yox, Vaqif müəllim. Yaşca hər ikinizdən kiçik olsa da, sədrdi, hörmət eləməyə borclusuz.

Böyükağa Hacıyev Qəribovun sözlərinden cin atına minir:

- Belə də ki, təkcə yaşda bizden kiçik deyil. Məşqçi kimi üstünəm ondan. 3 kontrakt İranda işləyən yeganə məşqçiyəm. "Neftçi"dəki nailiyyətlərimi də bütün Azərbaycan bilir. 

Ağasəlim Mircavadov dayana bilmir:

- Şakir, bizə ağıl vermək sənin başın üçün deyil. Otur yerinə. "Zəif" sən də özünü çox öymə. "Neftçi"də kim işləsə, nəticə verəcəkdi. İmkan vermirlər də, ay balam, imkan vermirlər, işləyək.

Emosiyaların artdığını görən Vaqif Sadıqov susmağın mənasız olduğunu anlayır:

- A kişilər, qurtarın bu komediyanı. Özünüzü mənə tanıdırsız? Yatıb-durub mənə dua eləməlisiz. Sayəmdə hər ay evinizə maaş aparırsız. Beynimi çöndərməyin a! Elxan müəllim mənim bir sözümlə AFFA-nın qapılarını üzünüzə ömürlük bağlayar

Mircavadovla Hacıyev çarəsiz susurlar. Qəribova isə Sadıqovun "nayezd"i ləzzət eləyir, ürəyinde "oxxxaaayyyy, sizə bu da azdı" deyir.

Bu vaxt qapı açıldı. Otağa əvvəlcə tərcüməçi, ardınca isə İslam Abbasovla Robert daxil oldu. Abbasovla tərcüməçi Məşqçilər Komitəsinin üzvləriylə əlbəəl görüşdü.

Xorvat isə başını yelləməklə kifayətləndi. Prosineçki dərhal saatını göstərib "5 minute" dedi. Abbasov telefonla Mikayıl Nerinanoğluna zeng edir:

- Mikayıl müəllim, fotoqraf harda qaldı? Robbini yalvar-yaxar gətirmişəm. 5 dəqiqə vaxtı var.

Üstündən 2 dəqiqə keçməmiş 5-6 pozada fotosessiya başa çatır və hərə bir tərəfə dağılışır. Təxminən 1 saat sonra AFFA-nın saytında "Millinin baş meşqçisi Robert Prosineçki Məşqçilər Komitəsinə Norveç məğlubiyyəti ilə bağlı hesabat verdi" başlıqlı xəbər peyda oldu.

Ceyhun Rzayev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail