"Atletiko"nun saytı "Qarabağ" haqda 3 yazı dərc edib

04.09.2017 | 7230 dəfə oxunub

İspaniyanın "Atletiko" klubu Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Qarabağ”  barədə azarkeşlərinə məlumat verib.

Stadium.Az xəbər verir ki, klub saytına Azərbaycan çempionu haqqında üç yazı yerləşdirilib. Məqalələrdən birində “Qarabağ”ın işğal altındakı Ağdam rayonunun komandası olduğu xatırladılır:

“Qarabağ” doğma Ağdamdan 250 kilometr uzaqlıqdakı Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır. 1993-cü ildə Dağlıq Qarabağ müharibəsi nəticəsində məşhur “İmarət” stadionu məhv edilib, Azərbaycan xalqının kədərli sürgünü baş tutub”.

Daha sonra bildirilir ki, ”Qarabağ” 1939-cu ildə tikintiləri start götürən, 1951-ci ildə istifadəyə verilən “İmarət” stadionunda yarışlara çıxıb. Sonradan klub öz məşq və oyunlarını Azərbaycanın keçmiş hakimi Tofiq Bəhramovun şərəfinə adlandırılan stadionda etməyə başlayıb.

Digər məqalələrdə "Qarabağ” ÇL-in qrup mərhələsinə düşmək üçün 3 cəhdi və Azərbaycan çempionatındakı çıxışlarına toxunulub:

“Azərbaycan Premyer Liqasında son dörd ilin çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. Komanda qrupa vəsiqə qazanmaq üçün Gürcüstanın “Samtrediya”, Moldovanın “Şerif”, Danimarkanın “Kopenhagen” klublarını məğlub edib. Üç cəhddən sonra “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq ağ-qırmızılı klubumuza rəqib olmağı bacardı. Bundan əvvəlki cəhdlərində son dəfə klub üçüncü turda son dəqiqələrdə buraxdığı qola görə ÇL-i tərk etmişdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail