"Neftçi"nin prezidenti qızılına qovuşdu

10.12.2011 | 5170 dəfə oxunub

Unibank Premyer Liqasının 2010/11 mövsümünün qalibi olan "Neftçi" bu ilin noyabrında qızıl medallarla təlfit olunmuşdu. Stadium.az xəbər verir ki, həmin müddətdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov müqəddəs Həcc ziyarətində olduğundan, futbolçu Rodriqinyo isə Braziliyada əməliyyat olunduğundan, mükafatlandırma mərasimində iştirak edə bilməmişdilər.

Buna görə də həm klub rəhbəri, həm də braziliyalı yarımmüdafiəçi qızıl medallara məhz bu gün, "Neftçi" yenidən turnir cədvəlinin zirvəsində qərarlaşdığı bir zamanda qovuşublar. Klubun bazasında baş tutan tədbirdə Sadıqova qızıl medalı komandanın adından "Neftçi"nin kapitanı Rail Məlikov təqdim edib.

Komandanın üzvləri bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər:
 
Rail Məlikov: "Klub prezidentimiz hər matça ən azı bizim qədər həssas yanaşır. Bizimlə birgə sevinir və kədərlənir. Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi"nin 6 illik çempionluq həsrətinə son qoyuldu. İnşallah, uğurumuzu bu il də davam etdirərik".
 
Rodriqinyo: "Neftçi"nin rəhbərliyi həmişə futbolçulara xüsusi diqqət və qayğı ilə yanaşırlar. Bu gün bunu bir daha gördüm. Vətənim Braziliyada əməliyyat olunduğum üçün mükafatlandırma mərasiminə qatıla bilməmişdim. Bununla belə, medalsız qalmadım. Bu gün klub prezidenti özü şəxsən medalı mənə təqdim elədi. Buna görə özümü çox xoşbəxt hiss edirəm".
 
Ruslan Abışov: "Çempionluqda təkcə biz futbolçuların deyil, klub rəhbərliyi və məşqçilər heyətinin də əməyi böyükdü. Əldə olunmuş istənilən qələbədə prezidentimiz Sadıq Sadıqovun zəhməti və qayğısı var".
 
Flavinyo: "Bu gün bizim üçün çox əhəmiyyətli gündür. Çempionluq sevincini yenidən bölüşdük. Çox istərdim ki, bu il çempionluqla yanaşı, ölkə kubokunun da qalibi olaq".
 

İqor Mitreski: "Çempion olmaq çətindir, bu titulu qoruyub saxlamaq isə daha çətindir. Çalışacağıq ki, uğurun davamı gəlsin. Bu il də qızıl medallara sahib olub avrokuboklarda uğurlu çıxış edərək, azarkeşlərimizi sevindirmək istəyirik". 

 

 

 

 

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail