Sadıq Sadıqov: «Hakimin «Qəbələ»nin qapısına təyin etdiyi penalti kimlərinsə sifarişi idi» - MÜSAHİBƏ

«Dua edirdim ki, Fərid penaltini vura bilməsin»

12.12.2011 | 8917 dəfə oxunub

«Neftçi» klubunun prezidenti Sadıq Sadıqovun «Stadium.az» saytına özəl müsahibəsi:  

rnrn

- Məncərn«Neftçi»nin hazırkı çıxışından narazı qalmamalısız. Ümumiyyətlə,rnkomandanızın çıxışınırnnecə qiymətləndirirsiz?

rnrn

- Özünüz bilirsizrnki,rnmövsümün əvvəlində gözlənilmədən məşqçi dəyişmək məcbüriyyətində qaldıq.rnBoxrnvaxtrnbelə olur, vaxtsızrnməşqçi dəyişikliyi bir müddət komandanın uğursuz çıxışına səbəb ola bilir. Bizdə dərnbelə oldu. Amma komandamız hazırdarnbirincirnpillədədir. Məşqi ilərndə futbolçularrnhazırda bir-birlərinirnçox yaxşı başa düşürlər. Komandamız yenə çempionluğa oynayır.rnİnanıramrnki,rn«Neftçi» bu çempionatda da öz sözünürndeyəcək.

rnrn

- Bəs komandada sizi qane etməyən nədir?

rnrn

- Hazırda heyətdə 9 legioner var. Rodriqinyonun zədəsi işimizi çətinə saldı. O, buna kimi kimi iki dəfə əməliyyat olub, indi də üçüncü dəfə olacaq. Biz istəyirik daha çox yerli oyunçulara güvənmək istəyirik. Heyətdəki yerli futbolçular gənc olduqlarından, hələlik onlara tam güvənmək olmur. Amma bu futbolçular yaxın zamanlarda «Neftçi» əsas silahları olacaqlar.

rnrn

- «Neftçi»dən kimlər gedə bilər?

rnrn

- Kimisə göndərmək barədə düşünmürük. Hazırkı heyət həm məşqçini, həm də məni qane edir. Məncə 1-2 oyunçu alaraq heyəti daha da gücləndirməliyik. Buna görə də, heyətdən futbolçu göndərmək barədə yox, heyətə yeni oyunçu gətirmək barədə düşünürük.

rnrn

- Hücumçu almaq gündəmdədir?

rnrn

- Hücümçü baxımından bizdə problem olduğunu düşünmürəm. Komandamızın qol vurduğu son 4 oyunda rəqib qapılırana 18 dəfə yol tapması da bundan xəbər verir. Gənc hücumçularımız da var ki, başqa komandalara icarəyə vermişik.

rnrn

- Böyükağa Hacıyevi «Neftçi»yə baş məşqçi gətirməyinizdən sonra qınaq obyektinə çevrilmişdiz. İndi sizi tənqid edənlərə sözünüz varmı?

rnrn

- Kimsə nəysə düşünə bilər. Biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Komandaya gələndən demişdim ki, yerli məşqçi ilə işləyəcəm. Arif müəllimlə çempion olduq. O gedəndən sonra da bir neçə yerli məşqçi ilə danışığımız oldu. Sonda Böyükağa Hacıyevi seçdik. O, yüksək səviyyədə məşqçidir. Ölkədə ən yaxşı 2-3 də Hacıyevdir. «Neftçi»nin hazırkı oyunu da bunu sübut edir. Hacıyevin işindən tam razıyıq. Yəqin ki, onunla hələ çox iş görəcəyik.

rnrn

- «Xəzər Lənkəran» üzərində qazanılan 5:0 hesablı qələbə sizi nə dərəcədə təəccübləndirdi?

rnrn

- Məni heç də təəccübləndirmədi. Ötən mövsüm kubok oyununda «Xəzər» biri 3:0 udurdu, sonra hesab 3:4 oldu. Bu, uçurum demək deyil. «Xəzər Lənkəran» elə bir komandadır ki, heç bir problemi yoxdur. Məncə onlar bunu faciəyə çevirməməlidirlər. Bunu sadəcə məğlubiyyət kimi qəbul etmək lazımdı.

rnrn

- AFFA İntizam Komitəsi tərəfindən «Neftçi»nin məşqçisi Bəxtiyar Musayevə 5 oyunluq cəza verilmişdi. Sonradan bu cəza şərti cəza ilə əvəzləndi

rnrn

- O oyunda özüm olmamışam, amma Bəxtiyarla bu barədə danışdım. Onun tərbiyəsinə mən yaxşı bələdəm. Mənə tam səmimi söylədi ki, həmin oyunda heç kimi söyməyib. Bunu orada olan hər kəs təsdiq edb. Amma bu cəzanı şər  edənlərin məqsədini başa düşə bilmədim.  Bu insan kimisə söyübsə, 5 oyn cəzalanmalı idi. Yox əgər söyməmişdisə, n iyə şərti edilər başa düşə bilmirəm. Amma haqq ədalət öz sözünü dedi.

rnrn

- «Neftçi»nin ətrafında yenə də hakimlərin adı hallanır

rnrn

- «Neftçi»nin adı ətrafında hakimlikdən danışıb süni ab-hava yaratmağa çalışırlar. Buna son qoymaq üçün biz təklif etdik ki, yalnız «Neftçi»nin oyununa xaricdən hakim gətirsinlər. Biz bununla demək istəmirik ki, Azərbaycanda hakimlik yoxdur. Sadəcə bildirmək istədik ki, hakimlərin «Neftçi»yə kömək etdiyini söyləyirlərsə, onda məhz bizim oyuna xaricdən hakim gətirsinlər və bus öz-söhbətə son qoyulsun. Biz bunu istədik, amma başqa klub rəhbərləri bunun əksinə çıxdı. Əgər hakimlərin «Neftçi»yə kömək etdiyini söyləyirlərsə, onda niyə bunun əleyhinə çıxırlar?

rnrn

- Maraqlıdır ki, bunun əksinə çıxan klublar özləri də daha əvvəl xaricdən hakim gətirilməsini istəyirdi. Amma «Neftçi»nin təklifindən sonra bunun əksiə çıxdılar

rnrn

- Vallah bu onların şəxsi fikridir. «Neftçi» mənim atamın yox, bu xalqın komandasıdır. «Neftçi»yə qarşı bu qədər qısqanclıq etmək lazım deyil. Sizə tam səmimi deyirəm, «Qəbələ» ilə oyunda hakimin rəqib qapısına təyin etdiyi penalti kimlərinsə sifarişi idi. Düzdü, hakim daha sonra bunu səhv kimi qələmə verdi, amma belə düşünmürəm. İnanın, dua edirdim ki, Fərid penaltini vura bilməsin.

rnrn

Bunlar kiminsə oyunlarıdır, belə edib «Neftçi»ni gözdən salmağa çalışırlar. Biz yenə deyirik, komandamıza güvənimiz sonsuzdur. Buna görə də haradan hakim gətirirlər gətirsinlər. Biz hakimlərlə yox, öz komandamızla qələbə qazanırıq.

rnrn

- Sizcə «Neftçi»nin ətrafında oyun oynanılır. Bu kimə və nəyə lazımdı?

rnrn

- Qısqanclıq! «Neftçi»nin durumu və gücü göz qabağındadır. «Neftçi» son 6 ildə nə durumda idi, nə gündə idi, bunu hamı görürdü. İnd idə hər şey göz qabağındadır. Artıq «Neftçi»də hamı öz işi ilə məşğuldur. Əvvəlki illərdən fərqli olaraq. «Neftçi»nin ötən mövsüm çempion olması, hazırdı bunu təkrarlamağa doğru getməyimiz kimlərəsə sərf etmir yəqin.

rnrn

Söhbətləşdi: Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail