UEFA Mahir Şükürov barədə qərarı gələn il verəcək

13.12.2011 | 6200 dəfə oxunub

2012-ci il Avropa çempionatının Türkiyə - Azərbaycan (1:0) oyunundan sonra qadağan olunmuş preparatdan istifadədə şübhəli bilinən Mahir Şükürovun taleyinə aydınlıq gələcək vaxt dəqiqləşib. Stadium.az xəbər verir ki, məsələsi UEFA-da araşdırılan “Qəbələ” klubunun kapitanı ilə bağlı qərar əvvəlcədən gözlənildiyi kimi, bu ilin dekabrında verilməyəcək.

Azərbaycan futbol ictimaiyyəti, eyni zamanda Şükürov özü bu qərarı bilmək üçün ən azından gələn ilin fevralına kimi gözləməlidir. 

Məlumatı  Şükürovun özü də təsdiqləyib: “Bildiyimə görə, UEFA həmin qərarı gələn ilin fevralında açıqlayacaq”.

Taleyi qeyri-müəyyən olsa da, Şükürov hazırda məşqlərindən qalmır: “Komandamın iştirakı ilə keçirilən bütün oyunları izləyirəm. Eyni zamanda, məşqlərə də qatılıram”.

Qeyd edək ki, “Türk Telekom Arenada” keçirilən görüşdə Ufuk Budak zədələndiyinə görə, məhz Mahir Şükürov testdən keçməli olub. Əgər onunla bağlı şübhələr təsdiqini taparsa, Şükürov uzun müddətə cəzalandırıla bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail