Dinonu Rumıniya klubu istəyir

24.11.2017 | 5004 dəfə oxunub

“Qarabağ”ın afrikalı hücumçusu Dino Ndlovu Çempionlar Liqasında sərgilədiyi oyunla Avropa klublarının maraq dairəsinə düşüb. 

Stadium.Az Cənubi Afrika Respublikasının mətbuatına istinadən xəbər verir ki, Rumıniyanın ÇFR klubu 27 yaşlı forvardla yaxından maraqlanır.

Kluj təmsilçisi yayda Ağdam klubu ilə müqaviləsi başa çatacaq Ndlovunu transfer etmək istəyir. Ancaq bu, təkcə rumınların istəyindən deyil, eyni zamanda, Dinonun “Qarabağ”da qalıb-qalmayacağından asılıdır.

ÇFR 18 turdan sonra Rumıniya çempionatında turnir cədvəlinə başçılıq edir.

CAR millisinin də üzvü olan Ndlovu ötən ilin yayından “Qarabağ”da çıxış edir.  O, cari mövsüm meydana çıxdığı 21 oyunda 8 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail