Böyükağa Hacıyev: "Kaxa, sən hələ gəncsən"

17.12.2011 | 4811 dəfə oxunub

Unibank Premyer Liqasının XVII turunda səfərdə "İnter"lə qarşılaşan Bakının "Neftçi" klubu rəqibinə 1:2 hesabı ilə məğlub olub. Stadium.az xəbər verir ki,  "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:

"Bu futboldur. Burada hər şey olur. Bu gün komandamın mərkəz xəttindən çox narazı qaldım. Bahadır Nəsimovun da hücumda dişsiz olması oyunumuza mənfi təsir göstərdi. Penalti epizoduna gəldikdə isə Bahadır məşqlərdə bu yöndə daha çox işləyirdi. Nədənsə bu gün penaltini dəqiq yerinə yetirə bilmədi. Bu oyunda qalib gəlməklə liderliyimizi möhkəmləndirmək istəyirdik. Ancaq alınmadı".

Hacıyev eyni zamanda həmkarı Kaxaber Sxadadzeyə məsləhət verməyi də unutmayıb: "Kaxa, sən hələ gəncsən. Bu qədər emisional olmağına ehtiyac yoxdur. Əgər mən Gürcüstanda belə hərəkət etsəydim, o zaman gürcü ictimaiyyəti mənim haqda hansı fikirdə olardı?". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail