Samir Əliyev: "Rəhim Həsənovun idarəçiliyinə..."

26.11.2017 | 4674 dəfə oxunub

"Çox yaxşı, mütəşəkkil komandaya qarşı oynadıq. Oyunu uda da bilərdik, uduza da. Futbolçularımızın əzmkarlığından razıyıq. "Sumqayıt"dan xal almaq yaxşı nəticədir".

Stadium.Az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis hakimlik barədə danışmaq istəməyib:

"Rəhim Həsənovun idarəçiliyinə Hakimlər Komitəsinin sədri qiyməti verəcək. Hakimin bilərəkdən və ya bilməyərəkdən belə etdiyini demək çətindir. Oyun vaxtı əsəbilik normaldır". 

Əliyev komandanın bombardiri Elman Taqayevin hazırkı durumu barədə də danışıb: "Məncə, zədədən sonra hələ tam hazır deyil. Meydana buraxırıq ki, oyundan-oyuna qaydasına düşsün".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail