Xaqani Məmmədov: "Penalti də, futbolçuya göstərilən sarı vərəqə də düzgün idi"

17.12.2011 | 6501 dəfə oxunub

Bu gün keçirilən "İnter" - "Neftçi" oyununda yenə hakimliklə bağlı mübahisəli məqam oldu. Belə ki, oyunun 53-cü dəqiqəsində "bankirlər"in qapıçısı Georgi Lomaya üzbəüz qaldığı rəqib futbolçunun qarşısını kobudluqla dayandıraraq penaltiyə səbəb olmuşdu. Referi Elçin Məmmədov isə penalti təyin etməklə yanaşı, Lomayanı yalnız sarı vərəqə ilə cəzalandırdı. Çoxları isə Gürcü qapıçının "qırmızı" ilə cəzalanmalı olduğunu bildirirdi. Məsləyə aydınlıq gətirmək üçün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla əlaqə saxladıq. Məmmədov isə Stadium.az -a açıqlamasında belə danışdı: "Birmənalı olaraq deyə bilərəm ki, həmin epizodda hakim doğru qərar qəbul etmişdi. Penalti də, futbolçuya göstərilən sarı vərəqə də düzgün idi. Hakim həmin epizodda qapıçıya qırmızı vərəqə verməməli idi. Qaydalara görə, fetbolçu qapıçı ilə təkbətək qalarkən və qapıçıdan topu keçirən zaman topun istiqaməti qapıdan sağ və ya sol tərəfədirsə, vərəqə sarı olmalıdır. Yox, belə məqamda istiqamət sağ və ya sol cinahdan, mərkəzdən qapı istiqamətindədirsə, onda qırmızı vərəqə göstərilir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail