"Səbail"dən ilk heç-heçə

27.11.2017 | 2789 dəfə oxunub

Azərbaycan Premyer Liqasının “Sumqayıt”la səfər qarşılaşması “Səbail” üçün ilklə əlamətdar olub. Stadium.Az xəbər verir ki, debütant yüksək dəstədə özünün ilk heç-heçəsinə imza atıb – 0:0.

Bu turadək cari mövsüm aktivində bərabərlik olmayan yeganə komanda olan Samir Əliyevin yetirmələri özünün 12-ci matçında 1 xal qazanıb. Bunadək 4 qələbə və 7 məğlubiyyəti olan bakılılar 11 matçlıq heç-heçəsizliyə son qoyub.

Azərbaycan çempionatları tarixində ən uzun heç-heçəsiz oyunlar seriyası “Şəfa”ya məxsusdur. Paytaxt klubu 1996-98-ci illərdə texniki nəticələr sayılmadan ardıcıl 51 dəfə ya qalib gəlib, ya da uduzub. “Şəfa” Azərbaycan yığması (U-18) adı altında çıxış etdiyi 1997/98 mövsümünü bərabərliksiz başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ