"İkardinin qiyməti 200 milyon avrodan az deyil"

01.12.2017 | 4441 dəfə oxunub

"İnter" və Argentina millisinin hücumçusu Mauro İkardinin başqa kluba keçməsi istisna edilmir. Stadium.Az xəbər verir ki, futbolçunun həyat yoldaşı və agenti Vanda Nara İtaliya mətbuatına müsahibəsində bununla bağlı danışıb:

"Mauro vacib futbolçudur. Onu izləyən top-klublar var. Onların təklifi həm "İnter"i, həm də Mauronu qane etməlidir. Rəhbərlik bilir, İkardi elə klublara rədd cavabı verib ki, başqaları bunu etməzdi.

Onun xidmətlərində mətbuatda yazılandan daha çox komanda maraqlıdır. Futbolda gələcəyi bilmək olmaz. Mauronun "İnter"lə müqaviləsi var. O, əlindən gələni etməyə çalışır.

Qiyməti 200 milyon avrodan az deyil. Bu məbləğ heç kimi qorxutmamalıdır. Klub lazımi vəsaiti ödəməyə hazır olsa, qərarı İkardi verəcək. Onun agenti olmaq xoşuma gəlir. Çünki heç bir şey evdən kənara çıxmır. 4-5 qol vuranda danışıqlar daha rahat gedir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail