"Zirə” də bizim üçün arzuolunmaz rəqibdir"

10.12.2017 | 728 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Kubok oyunu iki matçdan ibarətdir. Bəzən belə oyunlarda bir qol hər şeyi həll edir. 90 dəqiqə oyuna nəzarət etdik. Lakin qol çatışmadı. Rəqib bir qol vurdu və qalib gəldi. Yaxşı oynadıq. Cütün taleyi bizim meydanda həll olunacaq.

- "Neftçi”nin start heyətində cəmi bir legioner var idi. Bu, nə ilə bağlı idi? 

- Bu gün yerli oyunçular legionerlərdən heç də geri qalmadılar. Həm də Uqo Barqas son oyunlarda çox aşağı sviyyədə çıxış etdi. Əksinə, Mirabdulla Abbasov son oyunlarda yaxşı təsir bağışlayırdı. O ki qaldı İqnasio Herreraya, onun "Qarabağ”la oyundan sonra zədəsi var idi. Yeni sağalmışdı. Bu gün, ümumiyyətlə, yerli oyunçular legionerlərdən heç bir məqamda geri qalmadılar.
 
- Belə başa düşdük ki, legionerlərdən narazısınız. Demək olar ki, qışda ciddi dəyişikliklər olacaq?

- Xeyr. Ciddi dəyişiklik olmayacaq. Bəli, legionerlərdən gedənlər olacaq. Lakin bu, geniş formada olmayacaq. Bir dəfə AZAL-da belə etdik, 16 futbolçu gətirdik və sonda bunun acısını çəkdik. Buna görə də qışda ciddi dəyişiklik gözlənilmir.

- Komanda Premyer Liqada da "Zirə”yə qalib gələ bilmir. Bu, futbolçular üzərində təzyiq yaratmamışdı?

- Bəli, hər bir komanda üçün arzuolunmaz rəqib olur. "Zirə” də bizim üçün arzuolunmaz rəqibdir. Ancaq cüt iki oyundan ibarətdir. Rəqib bu gün gözlədiyimiz kimi, əks-hücumdan  oynadı. Bizdə isə sadəcə, qol çatışmadı.

- Bu hesabdan sonra şansları neçə faiz dəyərləndirirsiniz?

- Hər şeyə cavab oyununda aydınlıq gələcək.

- Bu gün "Neftçi” üstün olsa da, oyunun taleyini fərdi ustalıq səviyyəsi həll etdi. Lakin sizin komandada oyunu öz üzərinə götürəcək futbolçu yoxdur. Bu barədə rəhbərliklə danışacaqsınız? 

- Bəli, bizdə bu cür futbolçu yoxdur. Bu barədə "Qəbələ” ilə oyundan sonra da demişdim. Rəhbərliklə danışmışam. Qışda "Neftçi”nin oyununu gücləndirəcək futbolçu cəlb etmək istəyirik.

- Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiniz?

- Son vaxtlar onda geriləmə var. Halbuki, potensialı çox-çox artığına imkan verir. "Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur. Bir qədər qapalı insandır. Danışıb da müəyyənləşdirə bilməmişik. Bəlkə də ailəsində nə isə problem var. Çalışacağıq ki, özü ilə söhbət edib, bu problemi həll edək. 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ