Pedro Enrike: "Bura gəlməyimdə Çempionlar Liqası faktoru rol oynadı."

12.12.2017 | 4325 dəfə oxunub

"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sumqayıt"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Stadium.Az xəbər verir ki, oyunda komandasının 2-ci qolunu vuran Pedro Enrike matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Çempionat oyunundan fərqli idi. Qalib gəlməkdən başqa əlacımız yox idi. Rəqib çətin komanda idi. Bu qarşılaşma göstərdi ki, cavab görüşü çətin keçəcək.
 
- “Qarabağ”ın çətin qələbəsi sıx qrafiklə əlaqəlidir, yoxsa “Sumqayıt” bu gün yaxşı oynadı?
- Rəqibi sıradan komanda adlandırmaq istəməzdim. Çətin qələbə qazanmağımızda onların oyununu qeyd etmək istərdim. Yaxşı qapanmağı və əks-hücumları bacarırdılar. Küləyin də oyuna təsiri oldu.
 
- Matça ehtiyatda başlamağının səbəbi nə idi?

- Bu, baş məşqçiyə veriləcək sualdır. Bunu təbii qəbul edirəm. İki gün öncə meydana çıxmışdım. Belə rotasiyalar normaldır. Heyətimizdə yüksək səviyyəli futbolçular var. Meydana çıxan futbolçu əlindən gələni edir.
 
- 2017-ci ili özün üçün necə hesab edirsən?

- Mövsümün yarısı başa çatır. Uğurlu il keçirdiyimi deyə bilərəm. PAOK-da da müntəzəm oynayırdım, qollar vururdum. Burda da son matçlarda qollar vururam. Çempionlar Liqasında çıxış etdim və təcrübə qazandım. Ümumi götürəndə uğurlu il oldu.
 
- Artıq Çempionlar Liqası ilə vidalaşdınız. Gələn il “Qarabağ”la Çempionlar Liqasında yenə də oynamaq istəyərdin?

- Təbii ki, bura gəlməyimdə Çempionlar Liqası faktoru rol oynadı. Tək bununla əlaqələndirmək də istməzədim. Müqavilə ilə PAOK-un futbolçusuyam. Mövsümün sonuna kimi “Qarabağ”da oynayacam. Yoldaşlıq oyunundan belə həzz almağa çalışıram. Əlbəttə, Çempionlar Liqasında böyük klublara qarşı oynamaq əla hissdir. Amma hər şey məndən asılı deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail