Seymur Rəhimov: "Kubok bundan sonra daha maraqlı olacaq"

15.12.2017 | 553 dəfə oxunub

"Sumqayıt" ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"a 2:0 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Oyundan sonra komandanın məşqçisi Seymur Rəhimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun həqiqətən çox maraqlı oldu. "Sumqayıt" hər zaman öz meydanında gözəl oyun nümayiş etdirib. Bu gün hamımız bunun şahidi olduq. Keçən dəfə də dedim. "Qarabağ" Azərbaycan çempionatın aşmış bir komandadır. Böyük bir komandaya qarşı oynayırdıq. Çox qürurvericidir. Uşaqlarımıza bir daha təşəkkür edirəm. Nələri var idisə canlarını ortaya qoydular.

Bu soyuqda bizə dəstək olduqları üçün azarkeşlərimizə təşəkkür edirəm. 

- Demişdiz ki, komandada gənclər çoxdur, ola bilər "Qarabağ"ın adından çəkinsinlər. Ancaq bu gün tam əksin gördük...

- Bizdə həqiqətən gənclərdir. Futbolda erkən qol vurmaq çox önəmlidir. Uşaqlara yaxşı motivasiya da vermişdik. Bu da işimizə yaradı.

- Oyun ərzində səfərdə olan baş məşqçi Samir Abbasovla danışdızmı?

- Xeyir, elə bir şey olmadı. Samir müəllim pro kateqoriyası almaq üçün hazırda İspaniyadadır. Oyuna çıxanda üstümüzdə telefon olmur. Yəqin ki, onun da xəbəri var.

- Komandanızda ən yaxşı kim idi?

- "Sumqayıt"da hamısı yaxşı idi. 

- Kubok bundan sonra daha maraqlı olacaq?

- Əlbəttə, kubok bundan sonra daha maraqlı olacaq. 

- Komandanı meydana siz çıxartdız və "Qarabağ"a qalib gəldiz...

- Bu, daha çox Samir Abbasovun əməyidir. "Sumqayıt" onun qurduğu əzmkar komandadır. Qarşıda uzun marafon var. Təlim-məşq toplanışımız olacaq. Rəqibimiz "Keşlə"yə də uğurlar arzu edirik.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.01.2018

15.01.2018

14.01.2018

13.01.2018

12.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ