"Qarabağ" rusları təəccübləndirib

19.12.2017 | 1237 dəfə oxunub

“Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı Rusiya mətbuatının da diqqətini çəkib. Stadium.Az xəbər verir ki, bu ölkədə nəşr olunan həftəlik “Futbol” jurnalının internet versiyası qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində diqqət çəkən ən maraqlı məqamları 10 fakt halında yayımlayıb.

Maraqlıdır ki, həmkarlarımızın qeyd etdiyi məqamların arasında “Qarabağ”ın sürpriz çıxışı, “Atletiko”nu büdrətməsi və ağdamlıların qapıçısı İbrahim Şehiçin turnirin qrup mərhələsinin ən çox seyv edən qapıçısı olması da yer alıb.

Məqalənin müəllifi İqor Yeqorov çempionumuzun çıxışını belə təsvir edib: “Qarabağ” hələ Avrokubok baharı başlamamışdan möcüzəyə imza ataraq Çempionlar Liqasını qrup mərhələsinə vəsiqə qazanmışdı. Kimin ağlına gələrdi ki, Azərbaycan klubu hələ üstəlik “Atletiko” ilə iki dəfə heç-heçə edəcək, hətta onların qapıçısı bu mərhələdə hamıdan çox “seyv” edəcək? Komandanın “çərçivə qoruyucusu” İbrahim Şehiç artıq uzun müddətdir ki, Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərərək Bosniya və Hersoqovina millisinin heyətinə dəvət alır. 

2016/17 ÇL mövsümü isə Şehiçin şəxsi karyerası baxımından benefisi oldu. Onun komandası “Çelsi”, “Roma” və “Atletiko”ya qarşı yaxşı müdafiə olunarkən, qapıçı da digər bütün həmkarlarından daha çox top qaytardı. İbrahim cəmi 6 oyunda 35 dəfə qapısını real qoldan xilas etdi. “Maribor”lu Yasmin Handanoviç, MOİK-in üzvü İqor Akinfeyev və “Şaxtyor”un “çərçivə qoruyucusu” Andrey Pyatov öz komandasına bosniyalı qapıçıdan daha az kömək ediblər”.

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyunda 2 xal toplayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2018

00:14  “Sumqayıt” son mövsümdə STATİSTİKA

26.05.2018

25.05.2018

24.05.2018

01:49  "Keşlə" - "Qəbələ": 45-ci duel - STATİSTİKA VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail