"Qarabağ"ın futbolçusu formalarını Haitidə 100 dollara satır

23.12.2017 | 4835 dəfə oxunub

“Mövqeyim üzrə ən yaxşı oyunçu seçilməyim mənim üçün fəxrdir. Burada amerikalılar, kosta-rikalılar, panamalılar, yamaykalılar, meksikalılar və digərləri var. CONCACAF-ın “11-liy”inə düşmək daha səylə çalışmağım, futboloçu karyeramı yüksəltməyim üçün stimul olacaq”.

Stadium.Az xəbər verir ki, bunu “Qarabağ”ın haitili futbolçusu Donald Gerrye 2017-ci ildə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasında (CONCACAF) mövqeyi üzrə ən yaxşı seçilməsinə münasibət bildirərkən deyib.

Vətənində “Le Nouvelliste”yə müsahibə verən 28 yaşlı sol cinah yarımmüdafiəçisi bildirib ki, azarkeşlər üçün xoş xəbəri var. O, özü ilə “Qarabağ”ın forma və atributlarını gətirdiyini söyləyib:

“Bunlar üzərində mənim adım olan Çempionlar Liqası üçün hazırlanmış xüsusi formalardır. Ölkədə xaricdə oynayan futbolçuların formalarını satışı hər zaman olmur. Ceff Lui, Kervan Belfor, Jan-Jak Pyer, Jan Soni Alysena kimi oyunçuların formaları yerli futbolçular üçün heç vaxt əlçatan olmayıb. Vəziyyəti dəyişməyə və ÇL-də oynadığım formaların Haiti bazarına çıxarılmasına çalışdım. Forma almaq istəyənlər “Oasis” otelinə gələ və ya “Junior Guerrier”ə zəng vura bilərlər”.

Gerrye deyib ki, formalar baha deyil. Onların qiyməti 100 dollar təşkil edir: “Həmçinin “iPhone” 6, 7 və 8 üçün üzlüklər, eləcə də başqa məhsullar var. Həmçinin Haitidə olduğum müddətdə almağa gələnlərə avtoqraf verəcəyəm. Haitiyə bayram üçün yox, ticarət etməyə gəlmişəm? (gülür) Xeyr, qardaşım. Biri digərinə mane olmur. ÇL-də oynadığımız hər bir şəhərdə azarkeşlərə avtoqraf paylayırıq. Haitiləri öz oğullarının avtoqrafından niyə məhrum etməliyik? Bu, Haiti yığmasında məni izləyən, uzaq Azərbaycanda da irəli getmək üçün mənə stimul verən insanlar üçün çox xoşdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail