"Qəbələ"dən ayrılıb "Neftçi"yə keçir

26.12.2017 | 6027 dəfə oxunub

"Qəbələ" klubu qapıçısı Aqil Məmmədovla yollarını ayırmağa qərar verib. Stadium.Az xəbər verir ki, 28 yaşlı qolkiperlə mövsümün sonunadək olan anlaşma qarşılıqlı razılıq əsasında pozulacaq.

Məmmədovun tezliklə azad agent kimi "Neftçi"yə keçəcəyi gözlənilir. O, yayda transfer olunduğu "Qəbələ"də ayına 3000 manat maaş alsa da, mövsümün ilk yarısının əksər hissəsində ehtiyatda qalıb.

O, yalnız "Mil-Muğan"ı 8:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda meydana çıxıb. Bu isə həm "qırmızı-qaralar"ı, həm də ehtiyatda qalmaq istəməyən təcrübəli qapıçının özünü qane etmir. Oyunçu klubuna müraciət edərək, ayrılmaq istədiyini bildirib. "Qəbələ" rəhbərliyi isə onun gedişinə şifahi razılıq verib.

Aqil Məmmədov transfer vərəqini aldıqdan sonra "Neftçi" ilə müqavilə bağlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail