"Qəbələ"dən ayrılan futbolçu: "Ora xoşuma gəlmədi”

06.01.2018 | 6278 dəfə oxunub

“Ötən yay Almaniyada keçirdiyim 3 ildən sonra Azərbaycana, “Qəbələ” klubunda oynamağa getdim. Maliyyə baxımından sərfəli olan 3 illik müqavilə bağladım. Lakin ora elə də xoşuma gəlmədi”.

Bunu “Qəbələ”nin futbolçusu Deyv Bultuis qış fasiləsində Azərbaycan təmsilçisi ilə yollarını ayırmasına münasibət bildirərkən lc.nl saytına deyib.

28 yaşlı hollandiyalı sol cinah müdafiəçisi vətənində “Herenven”lə razılığa gəldiyi üçün sevindiyini ifadə edib. O bildirib ki, ailə vəziyyətinə görə evinə qayıtmaq istəyib: “Mənim 14 aylıq uşağım var. Ancaq son 6 ayda onu 3-4 dəfə görmüşəm. Bu, həddindən artıq azdır. Sadəcə olaraq, evə qayıtmaq istəyirdim. "Qəbələ"də istədiyim kimi çıxış edə bilmədi. "Herenven"lə danışığımız isə yaxşı keçdi və müsbət yekunlaşdığı üçün sevinirəm. Son 6 ayda çox az matçda iştirak etmişəm. Lakin iki həftə məşq etdikdən sonra formamı bərpa edəcəyəm”.

Bu gün 2,5 illik müqaviləyə qol çəkəcək Deyv Bultuis yanvarın 6-da hazırda İspaniyada təlim-məşq toplanışında olan “Herenven”nin düşərgəsinə yollanacaq. O, "Qəbələ" ilə 2017-ci ilin yayında 3 illik müqavilə bağlasa da, cari mövsümün ilk yarısında cəmi 4 oyuna çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail