UEFA "Neftçi"nin uğurlarından yazdı

22.12.2011 | 5348 dəfə oxunub

UEFA-nın rəsmi saytı "Neftçi" klubu haqqda növbəti yazını dərc edib. Stadium.az xəbər verir ki, məqalənin əvvəlində "Neftçi"nin tarixi uğurlarından söz açılıb.

"Ağ-qaralar"ın SSRİ dövründəki nailiyyətləri xatırlanıb. Komandanın 1966-cı ildə qazandığı bürünc medallar futbol tarixinə qızıl hərflərlə yazılıb. "Neftçi" müstəqillik illərində də uğurunun davamını gətirir. Müstəqil Azərbaycanın ilk çempionu olmuş komanda bu titulu 6-ya çatdırmaqla mütləq rekordçuya çevrilib.
 
Məqalədə hazırda "Neftçi"nin formasını geyinən futbolçuların fikirlərinə yer verilib. Əvvəlcə kapitan Rail Məlikov çempionluq barədə danışır: "Mən "Neftçi"də 2007-ci ildən oynayıram. Təbii ki, çempionluğu çoxdan gözləyirdim. Ötən mövsüm jurnalistlər məndən soruşanda ki, yeni ildə hansı hədiyyəni almaq istərdin, cavab verdim: "Çempionluq titulu".
 
Daha sonra Rail Məlikov əldə olunmuş nailiyyətin səbəblərindən danışıb: "Ötən mövsümün əvvəlində klub rəhbərliyi baş məşqçi dəyişikliyinə getmədi, uğurlu transfer siyasəti nəticəsində gücümüz birə-iki artdı. "Neftçi"nin prezidenti Sadıq Sadıqovun komanda daxilində yaratdığı abu-hava sayəsində futbolçular öz imkanlarından da artığını etməyə başladılar".
 
Rail Məlikovun fikirlərini komandanın yarımmüdafiəçisi Slavço Georgievski də təsdiqləyib. O, "Neftçi" klubu ilə müqavilə imzaladığı gündən klub prezidentinə çempion olacaqları haqda söz verdiyini xatırlayıb.     
 
"Neftçi" klubu barədə məqalədə aşağı yaş qruplarının uğurlarından da söz açılıb. Qeyd olunub ki, hazırda əsas komanda ilə yanaşı, əvəzedicilər də çempionatın ilk pilləsində qərarlaşıblar. Həmçinin aşağı yaş qruplarında "Neftçi"nin komandaları ən güclü "üçlük"də mübarizəni davam etdirirlər. Bu gün "Neftçi"nin əvəzedici heyətində forma geyinən bir neçə futbolçu icarə əsasında Unibank Premyer Liqasında çıxış edən klubların heyətində oynayır.
 
Məqalədə "Neftçi"nin yetişdirdiyi gənc istedadlara da yer ayrılıb. İngiltərənin adlı-sanlı "Everton" klubu tərəfindən transfer edilmiş Araz Abdullayev və Türkiyənin "Kayseri Ərciyəsspor" komandasına keçmiş Amit Quluzadənin adı xüsusi vurğulanıb.
 
Xatırladaq ki, son zamanlar Fransanın tanınmış "L-Equipe" qəzetinin və Belçikanın "Sport foot magazine" jurnalının əməkdaşları, həmçinin FİFA-nın dünyaca məşhur televiziya futbol proqramı "Football Mundial"ın çəkiliş qrupu "Neftçi"nin bazasında olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail