Eddi İsrafilov klubunu dəyişib

31.01.2018 | 3811 dəfə oxunub

Futbol üzrə Azərbaycan yığmasının üzvü Eddi İsrafilov İspaniyada klubunu dəyişib.

Stadium.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bundan sonra “Alkorkon”un şərəfini qoruyacaq. Tərəflər müddəti 2020-ci ilin iyununda başa çatacaq müqaviləyə imza atıblar.

Eddi mövsümün ilk yarısını Sequnda Liqanın digər təmsilçisi “Gimnastik”də keçirib. Son dövrlər bu komandanın əsas heyət üzvlərindən birinə çevrilməkdə olan İsrafilovun “Alkorkon”a transferi məhz bu üzdən bir qədər gözlənilməz olub.

“Alkorkon” İspaniyanın nüfuzuna görə görə ikinci ən güclü çempionatında elə “Gimnastik” kimi qeyri-sabit çıxışı ilə seçilir. Hazırda “Ximnastik” 24 tura 28 xal toplayıb və 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıbsa, “Alcorcon” 29 xalla 16-cıdı.

İsrafilov karyerası ərzində daha öncə İspaniyanın “Mursia”, “Qranada”, “Eibar”, “Kordoba” və “Kadis” klublarında da forma geyinib. O, Azərbaycan yığmasında 8 oyuna çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail