"Qarabağ"ı dəstəksiz buraxmayan Elmirin, indi özünün dəstəyə ehtiyacı var

01.02.2018 | 8378 dəfə oxunub

Futbolun bəzəyi azarkeşlərdi. Boşuna deməyiblər ki, futbol azarkeşlər üçün oynanır. Bu gün haqqında danışacağım şəxs də futbolun bəzəyidi - yəni, çılğın azarkeşidi. Uzun müddətdir tribunalarda olan, daim sevdiyi klubunu və ölkəsinin millisini dəstəksiz buraxmayan Elmirin, indi özünün dəstəyə ehtiyacı var. Söhbət "Qarabağ" azarkeşi Elmir Kərimovdan gedir.

Futbol ictimaiyyətində də onu tanıyanlar az deyil. O, 3-cü qrup əlildi. Evin böyük oğlu olan Elmir, artıq işləmək, ailəsini dolandırmaq və valideynlərinə baxmaq istəyir. Ancaq hələki bu arzusu ona müəssər olmur. Çünki iş tapa bilmir. Fiziki qusurundan (xüsusi aparatla eşidir)  dolayı getdiyi qapılardan geri qaytarılır. İndi isə üz tutub futbol ictimaiyyətinin qapısına. Deyir, "iş tapa bilmirəm, ailəm də çox pis olur. İstəmirəm pis olsunlar. Üzülürəm, amma başqa çarəm yoxdur".

Stadium.az saytı olaraq, üz tuturuq AFFA-ya, sevimli klubu olan "Qarabağ"ın timsalında bütün klublarımıza, futbol mətbəximizdə olan bütün imkanlı şəxslərə ki, Elmirin gəldiyi bu qapıdan onu boş qaytarmasınlar, ümidlərinə qara xətt yox, işıq salıb gələcəyinə ümid yaratsınlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail