"Barselona"ya tarix yazmaq və 2 dahi futbolçudan nəsə öyrənmək üçün keçmişəm"

07.02.2018 | 3733 dəfə oxunub

"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo komanda yoldaşları və baş məşqçi Ernesto Valverde barədə fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, braziliyalı havbek bunları qeyd edib:

"İnanılmazdır, amma Messi hər gün daha yaxşı olur. Komanda yoldaşı kimi onunla keçirdiyim vaxtdan yalnız fayda götürə bilərəm. Hər kəsdən nəsə öyrənmişəm və onlardan öyrəndiklərimdən istifadə etmyə çalışmışam. Paltardəyişmə otağında İniesta, Messi, Buskets və başqalarını görmək təsvirəgəzlməz hisslər oyadır. Bu futbolçuları vaxtilə televizordan izləyir və onlarla "PlayStation"da oynayırdım.

Andres sadəcə dahidir. Onunla eyni komandada oynamaq böyük şərəfdir. Futbolda təkcə bir İniesta var. "Barselona"ya tarix yazmaq və 2 dahi futbolçudan nəsə öyrənmək üçün keçmişəm.

Luis Suarezi əvvəl biraz tanıyırdım. İngiltərədə birlikdə oynayırdıq. Katalon klubuna gələnə qədər onunla çox ünsiyyətimiz vardı. Bura uyğunlaşmaqda mənə kömək etdi.

Valverde məni yaxşı qarşıladı. O, komandanın oyununu inkişaf etdirmək üçün daim axtarışdadır. Valverde məşqlərdə futbolçularla çox danışır və mövqe səhvlərini düzəldir".

Koutinyo yanvarda 160 milyon avro qarşılığında "Liverpul"dan "Barselona"ya transfer olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail