"Xəzər Lənkəran"dan Prezidentə yubiley təbriki

25.12.2011 | 5573 dəfə oxunub

“Xəzər Lənkəran” Futbol Klubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 50 illik yubiley münasibətilə təbrik edir!
 
Hörmətli cənab Prezident!
 
Sizi 50 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirik!
 
Müasir dövrdə dövlətimizin hərtərəfli inkişafı məhz Sizin başçılığınız altında aparılan uğurlu strategiyanın əməli nəticəsidir. Bugün Azərbaycanın uğurlu daxili və xarici siyasəti, iqtisadiyyatın artan templərlə inkişaf etməsi, müxtəlif sahələrə, o cümlədən azad sahibkarlığa göstərilən yüksək səviyyəli diqqət və qayğı, xalqın rifahının yaxşılaşması kimi nailiyyətlər Sizin sərf etdiyiniz böyük əməyin bəhrəsidir.
 
Tərəfinizdən idman sahəsinə verilən dəstək isə Azərbaycanı bütövlükdə bir idman ölkəsinə çevirmişdir. Milli Olimpiya Komitəsinə rəhbərliyə başladığınız zamandan etibarən dövlətimizin idmanda nail olduğu uğurlar saymaqla tükənmir. Məhz Sizin tərəfinizdən bu sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin ölkədə azad sahibkarlıq üçün yaratdığınız geniş imkanlardan bəhrələnərək 2004-cü ildə “Xəzər Lənkəran” Futbol Klubunun təməlini qoyduq.
 
Azərbaycan Respublikasında 2005-2015-ci illəri əhatə edən futbolun inkişafı Dövlət Proqramını imzalamağınız idman növləri arasında futbol sahəsinə ayırdığınız böyük rolu bir daha nümayiş etdirir. 2008-ci ildə MDB və Baltikyanı ölkələr arasında keçirilən “Birlik Kuboku”nda əldə etdiyimiz qələbədən sonra Sizin tərəfinizdən komandamızın qəbul olunması isə klubumuzun tarixində xüsusi hadisə kimi daim yaddaşlarda qalacaq. İdmanın inkişafı uğrunda Sizin gördüyünüz işlərin müqabilində biz də hər zaman ölkə xaricində uğur qazanmağı və Azərbaycanın adını layiq olduğu yüksək pillələrə çıxarmağı qarşımıza ali məqsəd olaraq qoymuşuq.
 
Cənab Prezident, bir daha bu əlamətdar yubiley münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik! Sizə ən vacib tövhə olan can sağlığı və ailə səadəti, dövlətimizin rifahı uğrunda bundan sonra da xalqın dəstəyi ilə uğurla fəaliyyət göstərməyi arzu edirik!
 
Ad gününüz mübarək!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail