Anar Məmmədov Qolf Federasiyasını atıb - xeyli borcu olduğu üçünr

09.02.2018 | 5068 dəfə oxunub

“Azərbaycan Qolf Federasiyası  fəaliyyətini dayandırıb. Çoxdandır ki, federasiyanın qapıları bağlıdır”.

Bu barədə federasiyanın keçmiş işçiləri məlumat veriblər. Onlar bildiriblər ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmirdi.

“Federasiya fəaliyyətini  qurumun rəhbəri Anar Məmmədovun (eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu - red.) işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. İş ondadır ki, Anar Məmmədovun federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta, bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var”.


İşçilər Qolf Federasiyasının yenidən təşkil oluna bilməsindən da söz açıblar: “Yaxın vaxtlarda yeni rəhbərliyin federasiyaya gətirilməsi ilə adıçəkilən qurum işini bərpa edə bilər. Biz də yeni rəhbərlik seçiləcəyi barədə məlumat eşitmişik. Sadəcə kimliyindən xəbərsizik”.

2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib. İş adamı Anar Məmmədov  bu federasiyanın prezidenti seçilib. Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçirilən olimpiya oyunları siyahısına salınıb. Anar Məmmədovun hazırda Londonda yaşadığı söylənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail