Aquero və Vardidən rekord

11.02.2018 | 3859 dəfə oxunub

İngiltərə Premyer Liqasının 27-ci turunda "Lester"i qəbul edən "Mançester Siti" rəqibini 5:1 hesabıyla darmadağın edib. Stadium.Az xəbər verir ki, oyunda meydan sahiblərinin forvardı Serxio Aquero 4 qol vurub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla 25-ci qola imza atıb. 29 yaşlı hücumçu ardıcıl 5-ci mövsüm bu nəticəyə nail olub. Aquerodan başqa analoji statistikanı Alan Şirer, Tyerri Anri və Harri Dink də təkrarlamışdı. Argentinalı ulduz "Etihad" stadionunda ardıcıl 7 oyunda fərqlənməklə də klubun tarixinə düşüb.

Matçda hesabı açan Rahim Sterlinq Premyer Liqada debütündən bəri (2012-ci il mart) turnirdə 74 qolda pay sahibi olub - 46 qol, 28 assist. İngilis futbolçular arasında yalnız Harri Keyn (114) və Ueyn Runi (109) onu qabaqlayır. 

"Lester"in hücumçusu Ceymi Vardi də özünəməxsus rekorda nail olub. O, bir mövsümdə "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Siti", "Tottenhem" və "Mançester Yunayted"in qapısına yol tapan ilk futbolçu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail