Fransalı futbolçu Mərakeş millisini seçib

12.02.2018 | 942 dəfə oxunub

"Napoli"nın qış transferi Zinəddin Maşeş mərakeş millisində çıxış edəcək. Stadium.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Mərakeş Futbol Federasiyasının nümayəndələri ilə bir neçə görüşdən sonra buna razılıq verib.

Maşeş Marsel şəhərində dünyaya gəlib və Fransa vətəndaşıdır. Onun atası əlcəzairli, anası isə mərakeşlidir. Ötən mövsüm "Tuluza" klubunun liderlərindən olan Maşeş yanvarda Neapol klubu ilə 4.5 illik müqaviləyə imza atmışdı.

Mərakeş millisi 2018-ci il dünya çempionatına vəsiqə qazanandan sonra federasiya komandanı gücləndirə biləcək və ölkə ilə hər hansı əlaqəsi olan futbolçuların axtarışına başlamışdı. Maşeşdən başqa siyahıda daha bir neçə namizədin adı var. Mərakeş mundialın qrup mərhələsində İran, Portuqaliya və İspaniya ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

27.05.2018

00:14  “Sumqayıt” son mövsümdə STATİSTİKA

26.05.2018

25.05.2018

24.05.2018

01:49  "Keşlə" - "Qəbələ": 45-ci duel - STATİSTİKA VİDEO

23.05.2018

14:38  Nigeriya - "Atletiko" 2:3 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail