"Kəpəz"in Dario problemi həll olunub

12.02.2018 | 4204 dəfə oxunub

"Kəpəz"in yenidən heyətinə qatdığı Dario Federikonun problemi həll olunub. Stadium.Az xəbər verir ki, dövrələrarası fasilədə Cənubi Koreya klubu "Sonnam"dan transfer edilən braziliyalı yarımmüdafiəçi Premyer Liqanın XV turunda "Neftçi" ilə görüşü buraxmaq məcburiyyətində qalmışdı. Gəncəlilər onun sənədlərini PFL-ə göndərsələr də, qurum Darionun adını iştirak ərizəsinə əlavə etməyib. 

Buna səbəb isə oyunçunun transfer vərəqəsinin gecikməsi idi. Zamiq Hüseynov artıq bu problemin həll olunduğunu söyləyib: "Darionun tələb olunan bütün sənədləri bizdə var. Sadəcə, son klubu olan Cənubi Koreya təmsilçisi futbol oynaması üçün beynəlxalq transfer vərəqəsini göndərməmişdi. Federiko bu səbəbdən yeni ilin ilk turunda "Kəpəz"ə kömək edə bilməmişdi. Sistemə salınmışdı, ancaq cavab yox idi. Artıq bu gün həmin sənəd bizə gəldi. Yəni futbolçunun "Kəpəz"in heyətində meydana çıxmasında bir problem qalmayıb".

Qış fasiləsindən sonrakı ilk turda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olan "Kəpəz" fevralın 18-də "Keşlə"ni qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail