Tsxadadze yenə "İnter"in üz ağardanı oldu

29.12.2011 | 4496 dəfə oxunub

Bakının “İnter” klubu 2011-ci illə bağlı yekunlarını açıqlayıb. Stadium.az xəbər verir ki, paytaxt təmsilçisinin hesabatında tarixinin ən böyük uğuru olan “Birlik kuboku”nu nəzərə alınmayaraq sırf daxili yarışlar əsas götürülüb. İlə 2010/11 mövsümünün fevralın 13-də “Simurq”la oyunu ilə başlayan “bankirlər” 2011-ci ilin son oyununu da Zaqatala təmsilçisinə qarşı keçirib. Hər 2 oyunda da “İnter” eyni hesablı qələbə qazanıb - 2:0. 

Ümumiyyətlə, başa çatmaqda olan ildə “İnter” 37 rəsmi görüş keçirib. Bunların 31-i Premyer Liqa, 6-sı kubok yarışı çərçivəsində baş tutub. Bu görüşlərdə komanda 16 dəfə qələbə əldə edib: 13 qələbə çempionat, 3 qələbə isə kubok turniri çərçivəsində qazanılıb. “İnter” 14 dəfə meydanı sülhlə tərk edib ki, bunun 12-si çempionat, 2-si kubok yarışına təsadüf edib. Bakılılar 7 dəfə məğlub olub ki, bunlardan 6-sı çempionatın, cəmi 1-i kubokun oyunlarında qeydə alınıb. Azərbaycan Kubokunun finalında “İnter” “Xəzər Lənkəran” komandasına oyunsonrası penaltilərdə məğlub olub. 

37 qarşılaşmada paytaxt futbolçuları 35 qol vuraraq (3 qol “Turan” ilə oyundan sonra verilmiş texniki məğlubiyyət nəticəsində hesaba alınıb): 29 qol çempionat, 6 qol isə kubokda. Kaxaber Sxadadzenin yetirmələri 24 qol buraxıblar (3 qol “Bakı” ilə oyundan sonra verilmiş texniki məğlubiyyət nəticəsində hesaba alınıb): 23 qol çempionat, 1 qol isə kubok yarışı çərçivəsində.

"İnter" 2011-ci ildə ən çox “Xəzər Lənkəran” və AZAL komandalarıyla qarşılaşıb. Belə ki, “İnter” “Xəzər Lənkəran”la qarşılaşmalarda bu komandanı 2 dəfə məğlub edib, 2 dəfə heç-heçə oynamış və 2 matçda cənublular qalib gəliblər. Bu qarşılaşmada bərabərlik özünün əksini komandaların bir-birilərinin qapılarından keçirdikləri top sayında da tapır - 5:5. Eyni sözləri, amma kiçik fərqlə AZAL ilə baş tutmuş oyunlar barədə də demək olar. “İnter”in 1 qələbəsi, AZAL-ın 1 qələbəsi və 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Qolların sayı - 5:5.

“İnter”in 2011-ci ildə keçirdiyi 37 qarşılaşmada komandamızın heyətində 17 futbolçu rəqib qapısına yol tapa bilib. Legionerlərin aktivində 18 qol, yerli futbolçuların hesabındasa 14 qol var. 2011-ci ildə komandanın ən yaxşı bombardiri 4 qola imza atan Başana Sxadadzedir. Dekabrın ən ayxşı futbolçusu bu qolların 3-nü elə son ayda vurub. 3 qolla İlia Kandelaki və Samir Zərgərov Baçananın ən yaxın izləyiciləridir. “İnter”in heyətində Danildo Assioli, Vladimir Levin, Girts Karlson, Elnur Abdulov, Nizami Hacıyev və artıq başqa klublarda çıxış edən Robertas Poşkus. Rövşən Əmiraslanov və David Odikadze 2 dəfə fərqləniblər



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail