Şehiç: “Hər bir qapıçı qol buraxmayanda özünü xoşbəxt sayır"

29.03.2018 | 2933 dəfə oxunub

“Rəqibi analiz edib, oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmalı idik. Çünki Seneqaldan daha çox qol imkanımız oldu”.

Stadium.Az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina millisi və “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib. Dünən yığmanın heyətində Seneqala qarşı 90 dəqiqə oynayan təcrübəli qolkiper komandasının çıxışından razı qalıb:

“İki yaxşı yoxlama oyunu keçirdik. Yeni məşqçilər korpusu ilə tanışıq. Hesab edirəm ki, bu komanda zamanla daha yaxşı oynayacaq. Kollektiv kimi daha da inkişaf edib, bizi qarşıda gözləyən böyük turnirə hazır olacağıq”.

Bolqarıstan və Seneqalla oyunlarda (1:0, 0:0) qapısını toxunulmaz saxlayan Şehiç yenidən milli komandaya dəvətə alacağına ümid edir:

“Hər bir qapıçı qol buraxmayanda özünü xoşbəxt sayır. Əsas odur ki, əsl komanda kimi oynadıq. Şadam ki, son 2 qarşılaşmada əsas heyətdə meydana çıxdım. İnanıram ki, yenidən bu şansı qazanacağam. Milli komanda ilə yaxşı nəticələrə imza atmaq istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail