UEFA klublara transfer qadağası qoyacaq

29.03.2018 | 3801 dəfə oxunub

2018-2019-cu illər mövsümündən etibarən Avropa klubları futbolçu transferlərinə maksimum 100 milyon avro xərcləyəcəklər.

Stadium.Az xəbər verir ki, bu barədə Avropa Klubları Assosiasiyasının (ECA) İtaliyanın paytaxtı Romada keçirilən Baş Assambleyasında qərar qəbul olunub.

Qərar UEFA İcraiyyə Komitəsinin 24 may toplantısında təsdiqləndikdən sonra növbəti mövsümdən qüvvəyə minəcək. Belə məhdudiyyətə Fransa PSJ-sinin bu mövsüm Neymar və Kilian Mbappeninin transferlərinə 400 milyon avro xərcləməsi ilə bağlı narahatlıq səbəb olub.

Yeni qaydalara əsasən, klublar bundan sonra gerçəkləşdirəcəkləri keçidlər zamanı yalnız transfer haqqı və futbolçuların əmək haqlarını deyil, menecerlərə də ödənilmiş məbləği rəsmi saytları vasitəsilə açıqlamalı olacaqlar.

UEFA isə bundan sonra klubların maliyyə feyr-pleyi ilə bağlı məsələlərinə daha tez müdaxilə edəcək. İndiyədək Avropa futbol qurumu 18 - 22 ay ərzində müdaxilə edə bilirdisə, artıq vaxtında analiz apararaq, mövcud durumu üzə çıxarması mümkün olacaq.

Azərbaycan klublarından Bakı "İnter"i (hazırkı "Keşlə") maliyyə feyr-pleyini pozduğu üçün 2016-2017-ci illər mövsümündə Avropa kuboklarına buraxılmayıb, klubun 2017-ci ilin qış və yayında transferlər etməsinə qadağa qoyulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail