"Tour d'Azerbaidjan-2018" keçirilməyəcək

01.04.2018 | 3402 dəfə oxunub

"Tour d'Azerbaidjan-2018" veloturu keçirilməyəcək. Stadium.Az xəbər verir ki, mayın 9-13-də planetin ən güclü şosse velosiped komandalarının yenidən Azərbaycanda mübarizə aparacağı gözlənilsə də, bu, baş tutmayacaq.

Sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandaların mayın 8-də bir günlük "Bakı-Xızı Eko" turunda da yarışacağı bildirilirdi. Lakin bu da təxirə salınıb.

Məlumatı əməkdaşımızla söhbətində Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev də təsdiqləyib. O bildirib ki, "Tour d'Azerbaidjan-2018"in ləğv edilməsinə səbəb dünya çempionatına hazırlıqdı: “Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, "Tour d'Azerbaidjan-2018" keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq”. 

Lakin etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "Tour d'Azerbaidjan-2018" veloturunun ləğv edilməsinin əsl səbəbi başqadı. Belə ki, veloturun bu il keçirilməməsi maliyyə çatışmazlığı ilə bağlıdı.

"Tour d'Azerbaidjan” veloturu hər il “Synergy Group” ASC-nin sponsorluğu ilə keçirilirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail