"Mançester Yunayted" rəhbərliyi Mourinyodan xəbərsiz düşərgəyə ərəb futbolçu gətirib

01.04.2018 | 3433 dəfə oxunub

Səudiyyə Ərəbistanı millisinin ulduzu Məhəmməd Əl-Sahlavi İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Yunayted"in heyətində məşqlərə çıxacaq.

Stadium.Az xəbər verir ki, 31 yaşlı forvard "qırmızı şeytanlar"ın heyətində 3 həftəlik baxışdan keçəcək. Bu barədə Səudiyyə Ərəbistanın idman naziri Turki Əl-Şeyx "twitter" hesabında məlumat verib: "Məhəmməd Əl-Sahlavi "Mançester Yunayted"də 3 həftəlik yoxlanış xarakterli məşqlərdə iştirak edəcək. Bununla bağlı razılıq əldə edildi".

Əl-Sahlavi ölkəsinin "Əl-Nasr" klubunda çıxış edir. İngiltərə mətbuatının məlumatına görə, bu keçidlə bağlı "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyonun heç bir bilgisi yoxdur. "Əl-Nasr"la "Mançester Yunayted" arasında anlaşmaya əsasən, hücumçu "qırmızı şeytanlar"ın düşərgəsinə yollanıb.

Təcrübəli forvard bu mövsüm 19 oyuna 10 qol vurub. Dünya çempionatında Səudiyyə Ərəbistanın qol silahı kimi göstərilən futbolçu millinin heyətində 33 oyuna 26 qol vuraraq diqqətləri öz üzərinə çəkməyi bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail