"Real" və Zidandan tarixi göstərici

02.05.2018 | 3410 dəfə oxunub

“Real” və baş məşqçisi Zinədin Zidan UEFA Çempionlar Liqasının tarixinə düşüb. Stadium.Az xəbər verir ki, ÇL-in yarımfinal mərhələsi çərçivəsində Almaniya çempionu “Bavariya”nı iki oyunun nəticəsinə əsasən (2:2, ilk oyun 2:1) üstələyən Madrid klubu adını finala yazdırdı.

İspaniya təmsilçisi ardıcıl üçüncü mövsümdü ki, qitənin ən nüfuzlu klub turnirində həlledici oyuna vəsiqə qazanır. “Real” həm də ayrı-ayrı dövrlərdə ardıcıl üç dəfə ÇL-in finalına yüksələn ilk komandadı. Üstəlik, geridə qalan mövsümlərdə bu turnirin qalibi adını da qazanan “Real” indi daha bir ilkə imza atmaqla ardıcıl üçüncü dəfə ÇL kubokunu başı üzərinə qaldırmaq şansı əldə edib.

Bütövlükdə isə, “Real” ÇL tarixində 16-cı dəfə finalda oynayacaq. Madrid klubu bu baxımdan da öz rekordunu yeniləmiş oldu.

“Real”ı ardıcıl üçüncü mövsümə ÇL finalına daşıyan baş məşqçi Zinədin Zidan da buna nail olan üçüncü mütəxəssisdi. Daha öncə Fabio Kapello (1993, 1994 və 1995-ci illərdə “Milan”la) və Marçello Lippi (1996, 1997 və 1998-ci illərdə “Yuventus”la) də ardıcıl üç final sevinci yaşayıb. Amma onlar Zidandan fərqli, həmin finallardan yalnız birində qalib gəliblər. Zinədin isə artıq əvvəlki iki finalda qələbə sevinci yaşayıb və öz rekordunu yeniləmək şansına malikdi.

“Real”a uduzmaqla finala yüksəlmək şansını boşa verən “Bavariya” ilə də bağlı maraqlı məqam var. Bu komanda son beş mövsümdə ÇL-də bir qayda olaraq məhz İspaniya klublarına uduzmaqla mübarizədən kənar qalır:



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail