"Neftçi"nin prezidentindən baş məşqisinə hörmətsizlik

09.05.2018 | 5271 dəfə oxunub

"Neftçi"nin ən böyük azad azarkeş səhifələrindən biri olan "Neftchi Baku Fan Page" izləyicilər arasında sorğu keçirib.

Stadium.Az xəbər verir ki, səhifənin adminləri azarkeşlərə Tərlan Əhmədovun postuna qalıb-qalmaması ilə bağlı sual ünvanlayıb. Fanatların çox hissəsi Əhmədovun vəzifəsində qalmasını istəyib. Onu "Neftçi"də görmək istəməyənlər də var.

Nə qədər qəribə olsa da, azarkeşlərin sorğusunda iştirak edənlər arasında "ağ-qaralar"ın prezidenti Kamran Quliyev də var. Bir müddət əvvəl "Sumqayıt"ı "Neftçi"yə dəyişən Quliyev Əhmədova "getsin" deyib. Mətbuata verdiyi açıqlamalarda Tərlan Əhmədovun arxasında olduğunu bildirən klub prezidenti azarkeş sorğusunda baş məşqçini göndərir. Özü də belə bir vaxtda...

 Görünən odur ki, Kamran Quliyev "Neftçi"nin nə qədər ciddi klub olduğunun fərqində deyil. Deməli, mətbuatda "Neftçi" rəhbərliyi ilə Tərlan Əhmədovun arasında soyuq, hətta gərgin münasibətlərin olması ilə bağlı yayılan xəbərlər doğrudu.

Məsələ ilə bağlı baş verənləri müzakirə etmək üçün Kamran Quliyevlə əlaqə saxlamağa çalışdıq. Qələbələr zamanı jurnalistlərin qarşısına çıxan, komanda məğlub olanda isə susmağı üstün tutan Quliyevlə əlaqə qurmaq cəhdlərimiz uğursuz alındı. Anar Şabanoğlunun məlum istefasından sonra klubun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilən Rüstəm Allahverdiyev mayın 15-də işə başlayacağından sözügedən departamentlə də əlaqə saxlamaq mümkün olmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail