Messi: "Tarixdə ən yaxşı olmaq mənim məqsədim deyil"

16.05.2018 | 3028 dəfə oxunub

"Barselona" və Argentina millisinin lideri Lionel Messi "TYC sports" kanalına açıqlama verib. Stadium.Az xəbər verir ki, argentinalı ulduz ilk öncə sabiq komanda yoldaşı Neymarın "Real"a mümkün transferi haqqında fikirlərini bölüşüb:

"Neymarın "Real" formasını geyinməsi dəhşətli olardı. O, "Barselona" üçün çox əhəmiyyətlidir. Birlikdə titullara sahib çıxıb, La Liqa və Çempionlar Liqasının qalibi olmuşuq. O, "Real"ı çox gücləndirə bilər. Neymar "Real"a keçsə, bizə ağır zərbə olar. Onunla danışırıq. PSJ-də qalmaq istəyir".

Messi Kriştianu Ronaldo ilə rəqabəti barədə sualı da cavablandırıb:

"Futbol tarixində ən yaxşı və ya 2, 3, 4-cü olmaq məni maraqlandırmır. Ən yaxşı oyunçu statusu heç nəyi dəyişdirmir. Hər dəfə mövsüm başlayanda daha yaxşı və var gücümlə oynamaq, komanda yoldaşlarıma kömək etmək istəyirəm. Mən futbol oynayıram ki, inkişaf edim və qalib gəlim. Tarixdə ən yaxşı olmaq mənim məqsədim deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail