"Bakı"dan möhtəşəm layihə

04.01.2012 | 4579 dəfə oxunub

"Bakı" ötən ilin son günlərində misli-bərabəri olmayan layihəyə start verdi. Özündə bir çox idman növlərini birləşdirən İdman klubuna çevrilən "Bakı" yeni ilin ilk günlərindən klub infrastrukturunun təkmilləşdirilməsi sahəsində Azərbaycan idmansevərlərinin üzünü güldürəcək möhtəşəm bir fəaliyyətə başladı. 

"Bakı" idman klubunun prezidenti Hafiz Məmmədovun sərəncamına əsasən hazırlanan inkişaf proqramına uyğun olaraq klub bazasının inşasının ikinci mərhələsinə qədəm qoyuldu. Artıq inşa olunaraq idmançıların ixtiyarına verilən təlim-məşq bazasının davamı olaraq yeni idman kompleksləri və futbol sahələrinin tikintisini nəzərdə tutan proqramın icrasına başlandı. 

Qısa bir müddətdə tamamlanacaq proqram daxilində təbii örtüklü 4 yenu futbol sahəsi, idmançılar üçün 120 nəfərlik mehmanxana, 3000 azarkeş tutumuna malik dünya standardlarına cavab verən universal qapaılı idman zalı inşa olunacaq. Bu arenada istənilən səviyyəli beynəlxalq yarışlar təşkil etmək mümkün olacaq.

Yaxın aylarda layihə çərçivəsində futbol arenasının yenidən qurulması, təxminən, 4000 azarkeş qəbul edəcək müasir futbol stadionuna çevriləcəyi reallaşacaq.

Klub qarşısında ilkin vəzifə olaraq "Bakı"nın geniş fəaliyyət spektrli idman klubuna transformasiyası, istər olimpiya, istərsə də, digər idman növlərini özündə birləşdirəcək aparıcı bir quruma çevrilməsi qoyulub. İnfrastruktur və ən müasir texniki vəsaitlərlə təhciz olunacaq idman klubuna təcrübəli və nüfuzlu mütəxəssislər cəlb olunacaqlar.

Yeni ildə İlk addımlarını atan "Bakı" idman klubunu prezidenti Hafiz Məmmədov klubun qarşısında duran vəzifələr və gələcək plnalar barədə fikirlərini belə ifadə edir:

"Bilirsiniz ki, Azərabycan çempionatında "Bakı" futbol klubu ilə bərabər voleybol komandamız da fəaliyyət göstərir. Artıq klubumuzun yeni mərhələyə yüksəlməsi barədə qərar verilib. "Bakı" idman klubuna çevrilir. Futbol və voleybolla yanaşı klubumuzda digər idman növləri üzrə bölmələr də yer alacaq. 

Yaxın zamanlarda "Bakı" futbol klubunun təlim-məşq bazasının ərazisi genişlənir və yeni idman qurğuları və meydanların salınmasına başlanılacaq. Təbii örtüklü 4 futbol meydanı ilə yanaşı standardlara cavab verən daha bir qapalı idman kompleksi inşa olunacaq. Bu arenada voleybolla yanaşı, digər idman növləri, o cümlədən, basketbol, futzal, digər oyun növləri və s. yarışlar keçiriləcək. 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev digər sahələrə olduğu kimi idmana da xüsusi diqqət yetirir. Biz idman klubları da, əlbəttə ki, bu siyasətin davamı olmalıyıq. 

Dövlət başçısının bütün sahələrlə bərabər humanitar və iqtisadi sahələrdə apardığı ardıcıl və uğurlu inkişaf siyasəti bizi daha da ruhlandırır. Səmimi deyim ki, bir çox dünya ölkələri Azərbaycanın sürətli inkişafına həsəd aparırlar. 

Fürsətdən istifadə edərək, "Bakı" idman klubunun kollektivi adından cənab prezidenti və bütün Azərbaycan xalqını təbrik edirik. 2012-ci ildə Azərbaycan xalqına uğurlar arzulayırıq.

http://fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail