Kadırov Salahla görüşüb

11.06.2018 | 3752 dəfə oxunub

Misir yığmasının hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin ilk turunda Uruqvayla oyuna hazır olduğunu bildirib.

Stadium.Az xəbər verir ki, bu barədə futbolçu bazar günü Qroznıdakı açıq məşqdən sonra jurnalistlərə açıqlama verib. 

Misir yığması dünən Qroznıya gəlib və "Axmat-Arena"da açıq məşq olub. Salah açıq məşqdə iştirak etməsə də, meydançaya çıxıb və azarkeşləri salamlayıb.

Misirli forvard çempionlar Liqasının finalında "Real"la oyunda çiynindən zədələnmişdi. Onun Uruqvayla oyunu buraxacağı ehtimal olunsa da, görünür, futbolçu artıq özünü hazır hiss edir:

"Özümü yaxşı hiss edirəm. Uruqvayla oyunda meydana çıxmağa köklənmişəm. Komandamızın hara kimi gedəcəyini bilmirəm. Ancaq turnirə yaxşı hazırlaşmışıq, ümidlərimiz böyükdür. 28 ildən sonra dünya çempionatında iştirak edəcəyik".

Salahla görüşmək üçün şəxsən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da stadiona gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail