"Bu, biabırçılıq idi"

22.06.2018 | 4608 dəfə oxunub

Argentina millisinin keçmiş üzvü, 1978-ci ilin dünya çempionu Mario Kempes həmyerlilərinin Xorvatiya ilə qarşılaşmasını “utancverici tamaşa” adlandırıb.

O, Argentina millisinin dünya çempionatı ilə vidalaşmağa çox yaxın olduğunu hesab edir:

"Mən güman edirdim ki, İslandiya ilə heç–heçədən sonra komandamız toparlanacaq, növbəti oyunda qələbəni qeyd edəcəyik. Amma böyük bir sürprizlə qarşılaşdıq. Xorvatlarla görüş daha pis oldu. Bu, biabırçılıq idi".

Keçmiş dünya çempionu Leonel Messi ilə Dieqo Maradonanın müqayisə edilməsini mümkünsüz sayır:

”Onları müqayisə etmək ağılsızlıqdır. Ümumiyyətlə, ayrı-ayrı dövrlərin futbolçularını müqayisə etmək doğru deyil. Mən 1978-ci ildə dünya çempionu olmuşam. Maradona isə bu titula 1986-cı ildə layiq görülüb. Messinin belə bir titulu yoxdur. İndiki Argentina millisini komanda adlandırmaq çətindir. Messinin burada dostları çoxdur. Amma onun tərəfdaşlarını görmürəm. Hansı səbəbdən İkardi milliyə çağırılmayıb? Bunu bilmirəm. Onun kənarda qalması məni hirsləndirir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail