"Qarabağ"ın müdafiəçisi FİFA-nı tənqid etdi

30.06.2018 | 2763 dəfə oxunub

"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak DÇ-2018-in H qrupunda 1/8 finala vəsiqə qazanan 2-ci komandanın “Fair-play” qaydaları ilə müəyyənləşdirilməsinə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, polşalı futbolçu şəxsi "Twitter" və "İnstagram" hesabında FİFA-nın qərarını tənqid edib. O, bunun haqsızlıq olduğunu bildirib:

"Məncə, FİFA-nın qalibi “Fair-play” qaydaları ilə müəyyənləşdirməsi uğursuz variantdır. Hər hakimin oyuna fərqli baxışı var. Bəzisi sağa-sola vərəqə paylayır, bəzisi isə hətta kobud oyuna görə belə əlini cibinə atmır. Əgər növbəti mərhələyə vəsiqə “Fair-play” amilinə görə müəyyənləşirsə, onda gərək VAR (videotəkrar) sistemi hər bir vərəqəni yoxlasın".

Jezniçak dünya çempionatı oyunlarının isti havada keçirilməsini də narazılıqla qarşılayıb: "Üstəgəl ora həqiqətən də çox istidir. Bunu yaxşı bilirəm. Çünki Bakıda da axşam saat 8-də, hava elə də isti olmayanda oynayanda görürsən ki, başqa ölkədən olan rəqiblərimiz 30-40-cı dəqiqədən sonra istidən "ölürlər", hərəkət edə bilmirlər".

Dünən DÇ-2018-in H qrupunda Seneqal və Yaponiyanın xalları, top fərqi və aralarında keçirdikləri oyunun nəticəsi bərabər olduğundan, növbəti mərhələyə vəsiqəni “Fair-play” qaydaları müəyyənləşdirib. Daha az sarı vərəqə görən asiyalılar 1/8 finala adlayıblar. Kolumbiya isə qrup lideri kimi adını 16 ən güclü yığma arasına yazdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail